RU

Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilk dəfə ailə qurması ilə bağlı suallları cavablandırıb.

Axşam.az-ın məlumatına görə, aktrisa "Hürriyet"ə açıqlama verib. Nəsrin həyat yoldaşı Kadir Taner Uçarla nikah bağlasa da hələ ki, toy etmədiklərini bildirib:

"Bu, sadəcə nikah idi. Toyumuz isə, inşallah, olacaq. Həm mən, həm də həyat yoldaşım hər şeyi nəzarətdə saxlamaq istəyən, “Görəsən buna ayıb olar, ona ayıb olar?” deyə düşünən insanlarıq. Üstəlik, azad yaşamağa da öyrəşmişik. Kadirə dedim ki, “Əgər biz bunu uzun-uzadı düşünsək, ikimiz də evdə qalarıq. Heç vaxt evlənə bilmərik. Yox, İtaliyada olsun, yox, o gəlinlik alınsın... Bu söhbətlərə girsək, bu iş alınmaz. Hər şey bir az birdən olmalıdır”. O da mənimlə razılaşdı. Evlilik təklifindən bir ay sonra Bodrumda nikah bağladıq".

Nəsrin Kadirlə necə tanış olduqlarından söz açıb:

"Seda abla (Seda Sayan) gənc qızlara necə məsləhət verirdisə, elə də oldu. Tanış olandan altı ay sonra evlilik təklifi aldım, yeddinci ayda isə evləndim. Deməli, belə olmalı imiş. Seda xanıma bu mövzuda tam haqq verirəm. İdman zalında tanış olduq. Tekstil şirkəti var. Elə bildim idmançıdır. Ona deyirəm ki, “Məndən başqa heç kimlə evlənə bilməzdin”. Çünki mən gün çıxan kimi, idmana gedirəm, Kadir də elə. Sonra da işə gedir. Demək olar ki, idman zalında cəmi iki nəfər idik. Onsuz da mənim həyatım çəkiliş meydançası, ev və idman zalından ibarətdir. Axşam saat 21:00 olan kimi yatıram. O da elədir.

Ondan soruşsan, ilk addımı mən atmışam. Amma bu, tamamilə yalandır. Mən uzağı görə bilmirəm. O deyir ki, “Sən mənə baxırdın, məni bəyənmişdin, zalda məni izləyirdin. O yaşıl işığı yandırmasaydın, mən heç vaxt gəlib "Bu alətdə neçə setiniz qalıb?" deməyə cəsarət etməzdim”.

Amma mən onun dediyi kimi ona baxmırdım. Qarşımdakı adamın qadın, yoxsa kişi olduğunu, əzələli, yoxsa yaraşıqlı olduğunu belə seçə biləcək vəziyyətdə deyiləm. Çünki həm miyopam, həm də astiqmatım var.

Dediyim kimi, yenə bir axşam saat 21:00-da pijamalarımı geyinib yatmağa hazırlaşırdım. Kadir zəng edib ki, “Nesrin, aşağı düş, səni bir yerə aparmalıyam”. Aşağıya baxdım əlində böyük bir gül dəstəsi vardı. Aşağı düşdüm. Bir anda binanın qarşısında diz çökdü. Sonra cibindən bir qutu çıxarıb üzüyü göstərdi və dedi ki, “Mənimlə evlənərsən?” Bu arada yeni serialımda ("Daha 17") "Şebnem" obrazı üçün də öz üzüyümdən istifadə edirəm".

Nəsrin bildirib ki, həyat yoldaşı onun hansı peşənin sahibi olmasından xəbərsiz olub:

"Xeyr, o mənim işlərimin heç birini bilmir. İndiyə qədər yalnız “Dilberin sekiz günü” filminə baxıb. Orada da mən özüm deyiləm, tamam başqa bir insanam. Bəzən mənə irad bildirəndə deyirəm ki, “Mən sənət dünyasından gəlmişəm. İndi bütün filmlərimi açıb sənə izlədərəm, onda nə baş verdiyini bilə bilməzsən”. O da həmin an susur".

 

Избранный
24
milliyol.az

1Источники