RU

Paşinyan Putindən qorxaraq geri addım atdı Rusiya ilə bağlı dedikləri TƏƏCCÜBLƏNDİRDİ KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə yeni formatda münasibətlər qurduğunu və bu prosesin uğurla inkişaf edəcəyinə inandığını bildirib.

KONKRET.az xəbər verir ki, Paşinyan Ermənistan-Rusiya münasibətlərinin açıq və səmimi əsaslar üzərində qurulduğunu vurğulayıb.

“Biz Rusiya ilə yeni münasibətlər formalaşdırırıq və əminəm ki, buna nail olacağıq. Çünki münasibətlərimiz açıq və səmimidir, burada gizli məqamlar və ya qaranlıq qalan mövzular yoxdur”, – deyə o, qeyd edib.

Baş nazir həmçinin Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı mümkün referendum məsələsinə də münasibət bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə belə bir referendumun keçirilməsi tezdir.

Paşinyan qeyd edib ki, Ermənistan hələlik Aİ-yə üzvlük üçün rəsmi müraciət etməyib və namizəd ölkə statusu almayıb.

O, əlavə edib ki, ölkənin Avropa İttifaqına üzvlük perspektivi real mərhələyə yaxınlaşdıqdan sonra bu məsələ ilə bağlı referendumun keçirilməsi məntiqli olacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
1
konkret.az

2Источники