RU

Obamanın Instagram hesabı haker hücumuna məruz qalıb

ABŞ-ın 44-cü prezidenti Barak Obamanın rəsmi Instagram hesabı hakerlər tərəfindən ələ keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Söhbət Obamanın prezidentliyi dövründə istifadə olunan və 2017-ci ildən bəri aktiv şəkildə idarə olunmayan rəsmi hesabından gedir.

Məlumata görə, hesab 31 may tarixində sındırılıb. Hakerlər profil vasitəsilə bir neçə paylaşım və “story” yayımlayıblar. 

Hadisəni Meta şirkətinin nümayəndəsi təsdiqləyib. Şirkətdən bildirilib ki, qanunsuz paylaşımlar silinib və hesab yenidən mühafizə altına alınıb.

Sözügedən hesabın 2,4 milyon izləyicisi var. Hesabda son paylaşım 20 yanvar 2017-ci ildə – Obamanın ikinci prezidentlik müddətinin son günündə edilib.

Hazırda Barak Obama sosial şəbəkədə şəxsi hesabından istifadə edir.

Избранный
39
ikisahil.az

1Источники