RU

Hizbullah İsrailin şimalını raket atəşinə tutdu

Şiə silahlı qruplaşması Hizbullah İsrailin şimalında yerləşən Qərbi Qalileya sərhəd bölgələrinə raket hücumlarını yenidən bərpa edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl-Mayadeen” televiziya kanalı məlumat yayıb.

Livan ərazisindən atılan raketlər səbəbindən Adamit, Ərəb əl-Aramşe, Ayalon və Ya’ara yaşayış məntəqələrində hava hücumu siqnalları səsləndirilib.

Məlumata görə, daha əvvəl də Yuxarı Qalileyadakı Beyt Hillel, Marqaliot və Metula bölgələrinin minaatan atəşinə tutulduğu bildirilmişdi.

Hizbullahın hərbi informasiya xidməti tərəfindən yayılan bəyanatda isə 31 may tarixində “İslam Müqaviməti” bölmələrinin Livan ərazisində İsrail qüvvələrinə qarşı 19 əməliyyat keçirdiyi iddia olunub.

Kommunikedə qeyd edilir ki, İsrail qüvvələri Dibbın, Zutar əl-Şərqiyyə, Yoxmur əl-Şqif, Əl-Bayada və Əl-Qanduriyyə kəndlərində Hizbullah mövqelərinə hücumlar həyata keçirib və nəticədə şəxsi heyət və texnika itkisi verilib.

Bəyanata əsasən, Hizbullahın pilotsuz uçuş aparatları Dibl bölgəsində İsrailə məxsus iki “Namer” zirehli transportyorunu hədəfə alıb. Bundan əlavə, İsrailin “Hermes 450” kəşfiyyat dronunun da yer-hava raketi ilə vurulduğu iddia edilib.

Hadisələrlə bağlı İsrail tərəfinin rəsmi açıqlaması isə hələlik yayılmayıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
73
redaktor.az

1Источники