RU

Netanyahu orduya əmr verdi: Hücuma keçin

İsrailin Baş naziri Benyamin Netanyahu orduya Livanın paytaxtı Beyrutun cənub ətraflarındakı hədəflərə hücum etməyi əmr edib.

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

"Hizbullah terror qruplaşması tərəfindən Livanda atəşkəsin dəfələrlə pozulmasından və şəhərlərimizə qarşı hücumlardan sonra Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz İsrail Müdafiə Qüvvələrinə Beyrutun Dahiye rayonundakı terror hədəflərinə hücum etməyi əmr etdilər", - deyə məlumatda qeyd olunub.

Bununla yanaşı, İsrailin “Channel 12” televiziyasının məlumatına görə, atəşkəsə baxmayaraq, Netanyahu Livanın paytaxtı Beyruta hava hücumları etmək üçün ABŞ administrasiyasından icazə istəyib.

Избранный
4
40
publika.az

10Источники