RU

Zənginləşdirilmiş uranla bağlı heç bir danışıq aparılmayıb Bəqayi

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Zənginləşdirilmiş uranla bağlı heç bir danışıq aparılmayıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü brifinqdə ABŞ Prezidenti Donald Trampın İranın zənginləşdirilmiş uran məsələsinin həllində Çinin köməyi ilə bağlı iddiasına münasibət bildirərkən deyib.Bəqayinin sözlərinə görə, İran nüvə məsələsi üzrə nə vaxt zərurət yaransa, hansı addımı atacağını yaxşı bilir və bu mərhələdə nüvə mövzuları ilə bağlı heç bir danışıq aparılmayıb.O əlavə edib ki, qarşı tərəf daim mövqeyini dəyişir, yeni tələblər irəli sürür və ziddiyyətli mesajlar göndərir, bu isə danışıqlar prosesini uzadır.

Bəqayi nüvə danışıqlarının mümkün gedişi ilə bağlı əlavə detal verməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
10
redaktor.az

10Источники