RU

Natiq Cəfərli: Quru sərhədlərin bağlı qalması turizmə və iqtisadiyyata mənfi təsir göstərir

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

2026-cı ilin birinci rübündə Azərbaycana gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 faiz azalaraq 484 min nəfər təşkil edib.

Gununsesi.info xəbər verir ki,  bu sözləri iqtisadçı Natiq Cəfərli bildirib.

O qeyd edib ki, qonşu ölkələrdə isə fərqli mənzərə müşahidə olunur.

Onun sözlərinə görə, eyni dövrdə Gürcüstana təxminən 1 milyon turist səfər edib ki, bu da 2025-ci ilin ilk rübü ilə müqayisədə 4 faiz çoxdur.

Cəfərli qeyd edib ki, Ermənistanda da turizm göstəricilərində ciddi artım qeydə alınıb.

Belə ki, ilin ilk üç ayında bu ölkəyə 454 min turist gəlib. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 18,2 faiz artım deməkdir. İqtisadçının vurğuladığına görə, bu, həm də 1991-ci ildən bəri Ermənistanın birinci rüb üzrə əldə etdiyi ən yüksək nəticədir.

Natiq Cəfərli hesab edir ki, Azərbaycanın quru sərhədlərinin bağlı qalması ölkənin iqtisadiyyatına və turizm sektoruna mənfi təsir göstərir. O bildirib ki, Bakı–Tbilisi dəmir yolu xəttinin fəaliyyətə başlaması mövcud vəziyyəti dəyişmək üçün yetərli deyil. Onun fikrincə, gündə cəmi bir reys həyata keçirən qatarın turizm və iqtisadi aktivliyə əhəmiyyətli təsir göstərməsi mümkün deyil.

İqtisadçı hesab edir ki, quru sərhədlərin açılması həm iqtisadi fəallığın artmasına, həm də Azərbaycanın investisiya cəlbediciliyinin yüksəlməsinə müsbət təsir göstərə bilər.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
icma.az

1Источники