RU

Mühərrik yağlarının bahalaşması digər məhsullara da təsir edəcək Ekspertdən XƏBƏRDARLIQ

ain.az bildirir, Avtosfer portalına istinadən.

Mühərrik yağlarının qiymətində müşahidə olunan artım son günlər bazarda ciddi narahatlıq yaradıb. Hörmüz boğazında yaranan gərginlik və daşınma riskləri dünya bazarında mühərrik yağlarının qiymətinə təsir göstərməyə başlayıb. Neft qiymətlərində müşahidə olunan artım mühərrik yağları bazarına da təsirsiz ötüşmür. Qlobal enerji bazarlarında yaranan gərginlik, xüsusilə Yaxın Şərqdə baş verən hadisələr və enerji daşıyıcılarının bahalaşması mühərrik yağlarının qiymətinə də birbaşa təsir edir. Xam neftin qiymətindəki hər bir artım neft məhsullarının istehsal xərclərini yüksəldir. 

Mövzu ilə bağlı avtomobillər üzrə mütəxəssis Əfqan Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, ölkədə ümumilikdə mühərrik yağlarının qiymətində ciddi artım müşahidə olunur. Həqiqətən də, Hörmüz boğazının bağlanması ilə bağlı risklər qiymətlərə birbaşa təsir edib.

“Xüsusilə Almaniya istehsalı olan yağlarda 50-60, bəzi hallarda isə 70 faizə qədər artım qeydə alına bilər. Bu artım diqqətdən yayınmır və bazarda açıq şəkildə hiss olunur. Eyni vəziyyətin Türkiyə istehsalı olan yağlarda da yaşanacağı gözlənilir. Burada da qiymətlərin 30-40, hətta 50 faizə qədər yüksəlməsi mümkündür. Qiymət artımı davam edərsə, uzun müddətdə istehlakçıların maddi imkanları bunun öhdəsindən gəlməkdə çətinlik çəkə bilər. Ümumilikdə isə məsələ ondan ibarətdir ki, xammalın böyük hissəsi İran və ərəb ölkələri üzərindən daşınır. Avropa ölkələrinin özündə kifayət qədər neft xammalı olmadığı üçün İran, Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələrdən tədarük həyata keçirilir. Hörmüz boğazında yaranan gərginlik və daşınmalarda mümkün məhdudiyyətlər isə qiymət artımına birbaşa təsir göstərir".

İqtisadçı Xalid Kərimli qeyd edib ki, neft qiymətlərində baş verən artım mühərrik yağı bazarına da birbaşa təsir göstərir. Əgər müharibədən əvvəl neftin bir bareli 50-60 dollar civarında ticarət olunurdusa və risklər olmasaydı qiymətlərin daha da aşağı düşməsi mümkün idisə, hazırda qiymətlərin 100 dollar ətrafında dəyişməsi bazarda ciddi təsirlər yaradır.

“Mühərrik yağları neft məhsulu olduğu üçün xam neftin bahalaşması bu məhsulların maya dəyərinə daha sürətli və daha kəskin şəkildə təsir edir. Neft və qaz qiymətlərindəki artım ümumilikdə neft-kimya sənayesinə, daşınma xərclərinə və istehsal zəncirinə təsir göstərsə də, mühərrik yağlarında bu təsir daha qabarıq hiss olunur. Azərbaycanın mühərrik yağı bazarı isə böyük ölçüdə idxaldan asılıdır. Ölkədə müəyyən həcmdə yerli istehsal mövcud olsa da, bu, bazarın yalnız kiçik hissəsini qarşılayır. Əsas tələbat xaricdən gətirilən məhsullar hesabına təmin edilir. Bu səbəbdən, beynəlxalq bazarda baş verən qiymət dəyişiklikləri və logistika problemləri daxili bazara da birbaşa təsir edir. Xüsusilə Avropa və digər ölkələrdən idxal olunan mühərrik yağlarının qiymətində artım müşahidə oluna bilər. Əgər qlobal enerji bazarında gərginlik davam edərsə, gələcək dövrdə həm qiymət artımı, həm də müəyyən məhsullar üzrə qıtlıq riski istisna edilmir".

Fatimə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
avtosfer.az

1Источники