RU

“Mənim səsim – mənim hüquqlarım” - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans

Bakı, 1 iyun, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransda Uşaq Səfirlər Məclisinin Bakı şəhəri və regionlar üzrə nümayəndələrindən ibarət 100 uşaq iştirak edir.

Tədbirdə uşaqların hüquqlarının qorunması, onların qərarqəbuletmə proseslərində iştirakının artırılması, sosial fəallığının dəstəklənməsi və gələcək inkişaf imkanları ilə bağlı fikir mübadiləsi aparılacaq.

Konfrans uşaqların səsinin eşidilməsi, onların hüquq və maraqlarının müdafiəsinə dair təşəbbüslərin təşviqi baxımından mühüm platforma rolunu oynayır.

Избранный
56
azertag.az

1Источники