RU

"Real" "Liverpul"dan ayrılan Konateni heyətinə qatmağa çalışır

İspaniyanın "Real" klubu "Liverpul"un (İngiltərə) sabiq müdafiəçisi İbrahima Konateni heyətinə qatmağa çalışır.

"Report" AS-a istinadən xəbər verir ki, Madrid təmsilçisi fransalı futbolçunu yaxından izləsə də, hələlik rəsmi addım atmayıb.

"Liverpul" ötən gün 27 yaşlı müdafiəçi ilə əməkdaşlığa xitam verildiyini elan edib.

Qeyd edək ki, İbrahima Konate İngiltərə təmsilçisinə 2021-ci ilin yayında "Leyptsiq"dən transfer olunub. O, Mersisayd klubunun heyətində ümumilikdə 183 oyuna çıxıb və 7 qol vurub.

Избранный
17
far.az

1Источники