BAKI, 1 iyun. TELEQRAF
Azad olunan ərazilərdə ötən ay 111 tank əleyhinə mina, 173piyada əleyhinə mina, 1537 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Teleqraf-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.
Məlumata əsasən, 7520.2hektar ərazi minalardan təmizlənib.