
“Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün yeni imkanlar yaradacaq”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” sosial media hesabında paylaşdığı videoda deyib.
"Əminəm ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması məqsədinə çatacağıq. Bu o deməkdir ki, balanslaşdırılmış xarici siyasət öz nəticəsini verəcək və Ermənistanın yeni keyfiyyətli dövlətə sahib olması üçün yeni imkanlar yaradacaq", - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Türkiyənin özü ilə münasibətlərin olmaması xarici siyasi münasibətlərdəki asimmetriyanın sübutudur.
“Əgər Türkiyə ilə münasibətlərimiz yoxdursa, bu, qabın boş olması deməkdir”, - deyə siyasətçi əlavə edib.
Paşinyan qeyd edib ki, bu tarazlığı bərpa etmək üçün Ermənistanın təkcə Türkiyə və Azərbaycanla deyil, həm də bütün dövlətlərlə münasibətləri olmalıdır.
Daşqın HəsənovMissiya.Az