RU

Hacıqabulda turistə əxlaqsızlıq edən şəxsi neçə il həbs gözləyir? Vəkil açıqladı KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Hacıqabulda yaşlı kişinin qadın turistə qarşı qeyri-etik hərəkətlər etdiyinə dair görüntülər geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri həmin şəxsin cəzalandırılmasının zəruri olduğunu bildirirlər.

Belə hallarda hansı cəza tədbirləri tətbiq edilə bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov deyib ki, məsələnin mahiyyəti hələ tam aydın deyil:

“Yəni müəyyənləşdirilməlidir ki, şəxs həqiqətən də cinsi toxunulmazlığa və ya cinsi azadlığa qarşı yönəlmiş hərəkət etdiyi üçün ittiham olunur, yoxsa hadisənin başqa tərəfləri var. İşin bütün halları ətraflı araşdırılmalıdır. Əgər müəyyən olunsa ki, burada zor tətbiq etməklə törədilmiş cinsi xarakterli hərəkət baş verib, o zaman Cinayət Məcəlləsinin müvafiq maddələrinin əlamətləri görünə bilər. Belə hallarda qanunvericilik 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur”.

Vəkil bildirib ki, hadisənin xarakterindən asılı olaraq cinayət tərkibinin olmadığı qənaətinə də gəlinə bilər:

“Məsələn, hərəkət epizodik xarakter daşıyıbsa və cinayət tərkibi formalaşdırmırsa, şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Belə ki, əgər şəxs ictimai yerdə özünü üstün göstərmək və ya cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirmək məqsədilə bu cür davranış sərgiləyibsə, onun əməli İnzibati Xətalar Məcəlləsinin müvafiq normaları ilə qiymətləndirilə bilər. Bu halda işin hallarından və təqsirkar şəxsin şəxsiyyətindən asılı olaraq, ona inzibati həbs də daxil olmaqla müxtəlif cəza tədbirlərinin tətbiqi mümkündür.

Hüquqi qiymət əməlin konkret mahiyyətindən, hadisənin başvermə şəraitindən və istintaq zamanı müəyyən ediləcək faktlardan asılıdır. Buna görə də hadisənin bütün halları araşdırıldıqdan sonra hüquqi nəticə barədə qəti fikir söyləmək mümkündür”.

R.Cəfərov deyib ki, həmin şəxsin yaşlı olması da nəzərə alına bilər:

“Ola bilər ki, psixoloji və ya psixiatrik vəziyyəti ilə bağlı müəyyən məqamlar mövcuddur. Aydınlaşdırılmalıdır ki, həmin şəxs bu hərəkəti qəsdən edib, yoxsa təsadüfən baş verib? Hadisənin bütün halları ətraflı araşdırılmalı, sonda yekun hüquqi qiymətləndirmə olmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
konkret.az

2Источники