RU

Türkiyə iqtisadiyyatıbu ilin ilk rübündə 2,5 faiz böyüyüb

Müəllif:Mehin Qasımova,Banco.az

Türkiyə iqtisadiyyatı  cari ilin ilk rübündə 2,5 faiz böyüyüb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatlarına görə, iqtisadiyyat ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz artıb.

Birinci rübdə iqtisadiyyat bütövlükdə böyüsə də, sektoral göstəricilər fərqli olub. Ən güclü artım informasiya və kommunikasiya fəaliyyətlərində 9,5 faiz təşkil edib.

Digər xidmət fəaliyyətləri 5,2%, kənd təsərrüfatı sektoru 4,6%, ticarət, nəqliyyat, yaşayış və qida xidmətləri 3,7%, maliyyə və sığorta fəaliyyəti 3,5%, tikinti sektoru 3,2%, daşınmaz əmlak fəaliyyəti 3,0%, mallara vergilər çıxılmaqla subsidiyalar 2,0%, peşəkar, inzibati və dəstək xidməti fəaliyyətləri 1,9%, dövlət idarəçiliyi, təhsil, insan sağlamlığı və sosial xidmətlər fəaliyyətləri isə 1,8% artıb. Lakin sənaye sektoru 0,8% azalıb.

Избранный
39
banco.az

1Источники