RU

Rusiya Ermənistandan balıq idxalını qadağan edir

İyunun 2-dən etibarən Ermənistandan Rusiyaya balıq idxalı qadağan ediləcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.

Qurumdan verilən məlumata görə, Rusiyaya balıq idxalı ilə məşğul olan əksər yerli şirkətlər yoxlamalardan keçməyib və ya yoxlamadan imtina edib, buna görə də pozuntular aradan qaldırılana qədər sertifikatlaşdırma dayandırılıb.

Qeyd edək ki, bundan öncə Rusiya Ermənistandan meyvə-tərəvəz, gül, bir neçə adda konyak və şərab, həmçinin "Cermuk" mineral suyunun idxalını və satışını qadağan edib.

"Cebheinfo.az"

Избранный
34
10
cebheinfo.az

10Источники