RU

Ərdoğandan Bakı Enerji Həftəsinə mesaj: Suriyaya qaz tədarükü...

ain.az, Sherg.az saytına istinadən bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsinin açılışına göndərdiyi müraciətdə Azərbaycanla enerji sahəsində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyətini vurğulayıb.

Sherg.az-ın məlumatına görə, Ərdoğan bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələr regionun enerji təhlükəsizliyinə mühüm töhfə verib.

O qeyd edib ki, Türkiyə-Azərbaycan birgə təşəbbüsü nəticəsində Suriyaya başlayan qaz tədarükü bu ölkənin inkişafı və regional təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır.

Ərdoğan həmçinin Iğdır-Naxçıvan qaz kəmərinin Naxçıvanın enerji təminatını gücləndirdiyini, “Yaşıl Elektrik Ötürülməsi və Ticarəti” layihəsinin isə regionun enerji təhlükəsizliyinə əlavə töhfə verəcəyini bildirib.

Türkiyə lideri noyabr ayında Antalyada keçiriləcək COP31 sammitinə də diqqət çəkərək, ölkəsinin yaşıl enerji və iqlim siyasətində öncül rolunu davam etdirəcəyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
sherg.az

1Источники