RU

Daha bir tanınmış futbolçu karyerasını bitirdi

style='margin-bottom:10px;'>

İngiltərə futbolunun tanınmış simalarından olan Ceyms Milner peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

QOL.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabında yayımladığı paylaşım vasitəsilə ictimaiyyətə çatdırıb.

Son olaraq "Brayton"da çıxış edən təcrübəli futbolçu karyerası ərzində "Lids", "Nyukasl", "Aston Villa", "Mançester Siti" və "Liverpul" kimi klubların da şərəfini qoruyub.

Qeyd edək ki, Milner İngiltərə Premyer Liqası tarixində ən çox oyun keçirən futbolçudur. Onun hesabında 658 çempionat matçı var. Milner "Liverpul"la İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının qalib olub. "Mançester Siti" ilə isə iki dəfə Premyer Liqa kubokunu başı üzərinə qaldırıb.

Избранный
39
2
teleqraf.com

1Источники