İşğaldan azad olunmuş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair aylıq hesabat açıqlanıb.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Ötən ay ərzində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 173, tankəleyhinə 111 mina və 1 537 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Hesabat dövründə ümumilikdə 75 202 396 m² (7 520.2 ha) ərazi mina və partlayıcı sursatlardan tam təmizlənərək təhlükəsiz hala gətirilib.


