RU

Hakan Fidan sabah Sinqapura səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 2-də Sinqapura səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə yaxın mənbələr məlumat yayıb.

Bildirilib ki, Fidanın səfəri zamanı Sinqapur Baş naziri Lorens Vonq tərəfindən qəbul edilməsi və xarici işlər naziri Vivian Balakrişnan ilə görüşü gözlənilir.

Qeyd olunub ki, Fidan Sinqapurla müdafiə sənayesi sahəsində əməkdaşlığı dərinləşdirmək üçün atıla biləcək addımları müzakirə edəcək.

Daşqın HəsənovMissiya.Az

Избранный
22
missiya.az

1Источники