Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant və dissertantların ixtisas imtahanı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İmtahanda institutun Elmi şurasının qərarı əsasında yaradılmış komissiyanın sədri, elmi müəssisənin direktoru professor Nadir Məmmədli gənclərə uğurlar diləyib.
İmtahanlar Azərbaycan dili, dil nəzəriyyəsi, türk dilləri, müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisasları üzrə keçirilib. İmtahanda 7 iddiaçı iştirak edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.