RU

BBC: İran ABŞ-nin 20 bazasına ziyan verib

BBC: İran ABŞ-nin 20 bazasına ziyan verib

BBC araşdırdığı peyk görüntülərinin İranın ABŞ və İsrailin 28 fevralda başlatdığı hücumlara cavab olaraq həyata keçirdiyi qisas zərbələri nəticəsində ABŞ-yə məxsus 20 hərbi obyektin zərər gördüyünü ortaya qoyduğunu bildirib.

AFN.az xəbər verir ki, BBC İranın ABŞ və İsrailə cavab vermək məqsədilə Yaxın Şərqin 8 ölkəsindəki hədəflərə təşkil etdiyi hücumların vurduğu ziyanı qiymətləndirmək üçün peyk görüntülərini təhlil edib.

Peyk görüntülərinin ekspertlər tərəfindən aparılan analizinə əsaslanan xəbərə görə, ABŞ və İsrailin 28 fevraldakı hücumları ilə başlayan müharibədə ABŞ-yə məxsus 20 hərbi obyekt İranın qisas zərbələri zamanı zədələnib.

ABŞ-nin bu obyektlərdə yerləşdirilən hava hücumundan müdafiə sistemlərinə, yanacaqdoldurma təyyarələrinə, radarlarına, yanacaq anbarlarına, təyyarə anqarlarına və hərbçilərin qalma yerlərinə dəyən ziyan isə milyonlarla dollar itkiyə səbəb olub.

Görüntülər qisas zərbələrinin ABŞ obyektlərində yol açdığı zərərin bilinəndən daha genişmiqyaslı olduğuna işarə edərkən, bəzi analitiklər də İran tərəfindən hədəf alınan ABŞ hərbi bazalarının sayının daha çox ola biləcəyini qeyd ediblər.

ABŞ Müdafiə Nazirliyinin Maliyyə məsələləri üzrə nazir müavini Culs C. Hörst mayın 12-də Konqresdə verdiyi ifadədə ABŞ/İsrail-İran müharibəsinin indiyədək olan maliyyə xərclərinin təxminən 29 milyard dollara çatdığını açıqlamışdı.

Избранный
51
afn.az

1Источники