RU

Qərbi Avstraliyanı fırtına vurdu: Elektrik şəbəkələri sıradan çıxdı

Qərbi Avstraliyanı fırtına vurdu: Elektrik şəbəkələri sıradan çıxdı

Avstraliyanın qərbində həftəsonu təsirli olan güclü fırtına 47 mindən çox abonentin işıqsız qalmasına səbəb olub.

AFN.az xəbər verir ki, "ABC News" telekanalının yaydığı məlumata görə, fırtına həftəsonu Avstraliyanın qərb bölgələrini ağuşuna alıb.

Sürəti saatda 135 kilometrə çatan güclü küləklər səbəbindən ağaclar aşıb və elektrik xətlərinə ciddi ziyan dəyib.

Fövqəladə hallar xidmətinin əməkdaşları fırtına ilə bağlı təxminən 700 yardım çağırışı aldıqlarını açıqlayıblar.

Səlahiyyətlilər isə elektrik şəbəkəsində 1300-ə yaxın nasazlığın qeydə alındığını bildiriblər.

Təbii fəlakət səbəbindən 47 mindən çox abonent işıqsız qalsa da, xüsusi briqadalar yaranmış problemləri aradan qaldırmaq üçün işlərini davam etdirirlər.

Избранный
26
afn.az

1Источники