RU

“Monetri BOKT”un maliyyə durumu bəlli oldu

“Monetri BOKT” MMC-nin mənfəəti 2024-cü ildəki 4 milyon 029 min manatdan 2025-ci ildə 5 milyon 442 min manata yüksələrək 35% artıb.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə təşkilatın faiz gəlirləri 36% artaraq 7 milyon 167 min manata çatıb.

BOKT-un cəmi aktivləri 23 milyon 619 min manatdan 35 milyon 204 min manata yüksəlmiş, müştərilərə verilmiş xalis kreditlər isə 2.3 dəfə artaraq 20 milyon 567 min manata çatıb.

Xatırladaq ki, “Monetri” 2013-cü ildən fəaliyyət göstərən “PSG Finans” BOKT-un bazasında 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un təsisçiləri 75%-lik payla “Practical Solutions Middle East FZ” şirkəti, eləcə də hər biri 12,5%-lik payla Faiq Məmmədov və “Chaparxana KFT” şirkətidir.

Избранный
29
1
banker.az

10Источники