Olduğunuzdan daha gənc və dinamik görünmək üçün bu aksesuarları qarderobunuzdan əskik etməyin.
Pravda.az bildirir ki, qarderobunuza əlavə edəcəyiniz bəsit və asan detallarla daha gənc və dinamik bir görünüş əldə edə bilərsiniz.
Baret (bere) və papaqlar
Rəngli aksesuarlar sizi hər zaman daha gənc göstərəcəkdir. Onlar enerjili görünməyinizə kömək edir. Buna əlavə olaraq, rəngli papaqlar və ya ipək fularlar zərif və şık bir görünüşə sahib olmağınızı təmin edir.
Saç aksesuarları
Saç aksesuarlarından istifadə edərək gənc görünüşə sahib ola bilərsiniz. Geyimlərinizə və tərzinizə uyğun rəngli saç lentləri (obodoklar) və çiçəkli tokalardan istifadə edə bilərsiniz. Lakin bunun üçün saçınızda çox hərəkətli model seçməməyinizi tövsiyə edirik; əks halda qarışıq görünüş yarana bilər.
Trend çantalar
Çanta məsələsini əsla yüngülə almayın. Çanta seçimləriniz yaşınızın üstünə illər əlavə edə bilər və ya sizi daha gənc göstərə bilər. Yəni çanta mövzusunda etməli olduğunuz tək şey modaya uyğun və şık olanını seçməkdir. Cəsur olun və canlı rəngləri seçməkdən qorxmayın
Saatlar
Saatınız sizin haqqınızda çox şey deyir. Saat seçərəkən diqqətli olmalı və doğru seçimi etməlisiniz. Rəngli və ya üzərində parıltılı, sallantılı aksesuarları olan saatlardan birini seçə bilərsiniz.
Əminə Bayramova