RU

Şərqi Azərbaycan: bir xurma ağacı yoxdur, ancaq ilk yerdədir

Şərqi Azərbaycan əyalətində bir xurma ağacının olmamasına baxmayaraq, əyalət İranda xurma ixracatında ilk yerilərdən birini tutur.
BUTA.TV xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatı məlumat yayıb. “Şərqi Azərbaycan xam xurma istehsal etməsə də, bu strateji məhsulun transformasiya, emal və qablaşdırma sənayesində ölkədə əsas mərkəzlərdən hesab olunur”, - məlumatda bildirilib.

Qeyd olunub ki, hazırda Şərqi Azərbaycanda xurma emalı və qablaşdırma sahəsində 33-dən çox aktiv bölmə fəaliyyət göstərir və sahədə 1100-dən çox insan birbaşa, minlərlə insan isə dolayı yolla qazanc əldə edir.

Избранный
13
1
buta.tv

2Источники