RU

İlk qatlanan iPhone-un dizaynı SIZDIRILIB- VİDEO

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, iPhone Fold və ya iPhone Ultra adlandırıla biləcək cihaz kitab formalı dizayna malikdir və üç ekranla təchiz olunacağı iddia edilir. Açıq vəziyyətdə daxili ekranın ölçüsünün təxminən 7,7 düym, xarici ekranın isə 5,3 düym olacağı bildirilir. Cihazda əsas kameranın ikili moduldan ibarət olacağı, onun əvvəlki iPhone modellərindən birinin dizayn xəttini davam etdirəcəyi qeyd olunur. Sızan məlumatlara əsasən, səs düymələri cihazın yuxarı hissəsində yerləşdirilib. Güc düyməsinin isə Touch ID funksiyası ilə birləşdiriləcəyi ehtimal edilir. Məlumatlar sosial şəbəkələrdə qarışıq reaksiyalara səbəb olub. Bəzi istifadəçilər dizaynı tənqid edərək onu “mübahisəli” adlandırıb və digər qatlanan cihazlarla müqayisə ediblər. Qeyd olunur ki, yayılan videoda yalnız maket nümayiş etdirilib və son məhsulun dizaynı təqdim olunacaq real modeldən fərqlənə bilər. Qatlanan iPhone-un 2026-cı ilin sentyabrında təqdim ediləcəyi gözlənilir. Cihazın qiymətinin təxminən 2000 dollar olacağı proqnozlaşdırılır. Apple hələlik bu barədə rəsmi məlumat açıqlamayıb, lakin insayderlərin iddiasına görə, şirkət artıq bir neçə ildir ki, layihə üzərində işləyir.

Избранный
14
Ajans.az

1Источники