RU

Lukaşenko: "O, çox ağıllı insandır, ancaq diktator deyil"

Şimali Koreya (KXDR) lideri Kim Çen In diktator deyil və mahiyyət etibarilə diktator ola da bilməz.

Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.

Dövlət başçısı Şimali Koreya lideri barədə fikirlərini bölüşərkən onun şəxsiyyətini yüksək qiymətləndirib:

"Mən bu yaxınlarda KXDR-də rəsmi səfərdə oldum. Bilirsiniz, rəhbər (Kim Çen In) məndə çox ciddi təəssürat yaratdı. Çox ağıllı insandır! Gənc, perspektivli və əməkdaşlığa yönəlmiş bir şəxsiyyətdir. O, heç də orada deyildiyi kimi diktator deyil... O, mahiyyət etibarilə diktator ola bilməz".

Bizim.Media

Избранный
23
4
bizim.media

5Источники