Azərbaycan Ukraynanın enerji infrastrukturunun dayanıqlılığının qorunmasına mühüm dəstək göstərib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukraynanın energetika naziri Denis Şmıqal Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, müharibə dövründə raket və pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Ukraynanın demək olar ki, bütün iri enerji obyektləri hədəfə alınıb.
“Buna baxmayaraq, Ukrayna hərbçilərinin, enerji işçilərinin fəaliyyəti və beynəlxalq tərəfdaşların dəstəyi sayəsində enerji sistemi fəaliyyətini davam etdirib. Azərbaycan xüsusilə ötən qış ölkənin enerji dayanıqlılığının təmin olunmasına mühüm töhfə verib. Azərbaycanlı dostlarımız generatorlar, transformatorlar, kabel məhsulları və digər kritik avadanlıqlar təqdim etdilər. Bu dəstək bizə qışı keçirməyə, hazırda isə növbəti qış mövsümünə hazırlaşmağa kömək edir”, – deyə o vurğulayıb.
Qeyd olunub ki, tammiqyaslı müharibə dövründə Azərbaycan Ukraynaya ümumilikdə 11 enerji dəstəyi paketi təqdim edib.