RU

Güclü liderlik və düzgün strateji qərar: Azərbaycana beynəlxalq etimad qazandırıb

Azərbaycanın düzgün enerji siyasəti indi ölkəmizdən kənara investisiya qoymağa imkan verir. 

Bu barədə Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib:

“30 il əvvəl investorları cəlb etdiyimiz bir dövr idi. İndi investisiyalarımızı xaricə yönəldirik. Bu gün dövlət neft şirkətimiz SOCAR Yaxın Şərqə, Afrikaya, Mərkəzi Asiyaya investisiya qoyur və coğrafiya isə böyüyəcək”. 

Xarici ölkələrə investisiya qoyuluşunun artması Azərbaycanın qlobal iqtisadi mövqeyinə necə təsir edir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifov bildirib ki, güclü liderlik və düzgün strateji qərarlar ölkənin inkişafına və beynəlxalq etimadın qazanılmasına səbəb olur: 

“1994-cü ildə Azərbaycanın neft sektoruna dünya neft nəhənglərinin yatrımları həmin dövrdə ölkəmizin ümumi daxili məhsulunun həcmindən 7-8 dəfə çox bir məbləğ idi. Dünya tarixində heç bir ölkənin iqtisadiyyatına bu qədər yatrımlar edilməyib desək, heç yanılmarıq. 

Bu, həmin dövr idi ki, ölkədə ictimai-siyasi sabitlik acınacaqlı idi. Lakin dünyanın neft nəhəngləri Ulu Öndər Heydər Əliyevin neft strategiyasına, onun gələcəyinə inandılar və Azərbaycan hökuməti ilə “Əsrin müqaviləsini” imzaladılar. 

Bu, sadəcə investisiya deyildi, Heydər Əliyevin yaratdığı güvənə edilən yatırımlar idi. Azərbaycan iqtisadiyyatı və onun maliyyə sistemi bu müqavilənin reallaşdırılması ilə sürətli inkişaf yoluna qədəm qoydu”. 

O qeyd edib ki, əldə olunan nəticələr dünyanın gözləri qarşısındadır: 

“Biz bu gün təkcə ölkəmizə yeni investisiyaların cəlb edilməsi ilə məşğul olmuruq, eyni zamanda dünyanın bir sıra ölkələrində maraqlı yatrımlar edərək, ölkəmizə həm siyasi və həm də iqtisadi dvidentlər qazandırırıq. 

Azərbaycan bu gün artıq dünyanın enerji təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu və bu qəbildən olan məsələlərin həlli ilə bağlı qərarların qəbul edildiyi məkana çevrilib. Bütün bunlar Ulu Öndərin vaxtılə müəyyən etdiyi və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasını reallaşdırmaq nəticəsində əldə olunub”. 

Избранный
65
cebheinfo.az

1Источники