RU

Vəfat etmiş idmançının beyni onlara veriləcək

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Keçmiş NHL ulduzu Klod Lemyenin vəfat etdikdən sonra ailəsi onun beyninin xroniki travmatik ensefalopatiya (CTE) üzrə araşdırmalar aparan Boston University CTE Center mərkəzinə bağışlanacağını açıqlayıb.

Milli.Az xəbər verir ki, qərar barədə məlumatı idmançının qızı Klod Lemye Bishop yayıb. Ailə həmçinin tədqiqat nəticələrinin gələcəkdə ictimaiyyətə açıqlanmasına razılıq verib, lakin araşdırmalar tamamlanana qədər hər hansı diaqnozla bağlı nəticə çıxarılmamasını istəyib.

Bəyanatda bildirilib ki, Klod Lemieux karyerasını başa vurduqdan sonra da gənc idmançılara dəstək göstərməyə çalışıb. Ailə hesab edir ki, onun adı ilə aparılacaq araşdırmalar gələcəkdə idmançılar və onların ailələri üçün beyin zədələrinin daha yaxşı anlaşılmasına və qoruyucu tədbirlərin inkişafına töhfə verə bilər.

Qeyd edək ki, 60 yaşlı keçmiş hokkeyçinin cəsədini oğlu anbar binasında aşkar edib. Onun vəfatı barədə mayın 28-də məlumat yayılıb.

Xroniki travmatik ensefalopatiya çoxsaylı beyin silkələnmələri və kəllə-beyin travmaları nəticəsində yaranan degenerativ beyin xəstəliyidir.

Fidan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
news.milli.az

1Источники