RU

51 zərbənin yaşatdığı dəhşət: Vətən yolunda canından keçdi, adı yaşadı VİDEO

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Birinci Qarabağ müharibəsində göstərdiyi rəşadətlə şəhidlik zirvəsinə ucalan İsgəndər İsfəndiyar oğlu Qocayevin doğum günüdür. Yaşasaydı, qəhrəmanımızın 61 yaşı tamam olacaqdı.

İsgəndər Qocayev 1 iyun 1965-ci ildə Saatlı rayonunun Azadkənd kəndində anadan olub. 1983-cü ildə Bakıda texniki-peşə məktəbini bitirdikdən sonra Çita şəhərində hərbi xidmət keçib. Ordudan qayıtdıqdan sonra Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsində usta kimi çalışıb.

Müharibə başlayanda "vətən işğal altındaykən evdə rahat otura bilmərəm" deyərək 1 noyabr 1993-cü ildə cəbhəyə könüllü yollanıb. Murovdağ və Kəlbəcər istiqamətində gedən ağır döyüşlərdə iştirak edib, ən çətin tapşırıqları icra edib.

18 yanvar 1994-cü ildə Murovdağda düşmən hücumunun qarşısını almaq məqsədilə ağır şaxtalı hava şəraitində keçirilən xüsusi gecə əməliyyatına qatılıb. Həmlə nəticəsində erməni qüvvələrinin silah anbarı və xeyli canlı qüvvəsi məhv edilib. İsgəndər Qocayev bu tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olub və 20 yanvar 1994-cü ildə doğma kəndində dəfn edilib.

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır.

Çalışdığı Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin binası qarşısında xatirə guşəsi yaradılıb.

Ailəsi onun adını və xatirəsini layiqincə yaşadır; böyük oğlunun övladına babasının adı verilib.

Allah rəhmət eləsin!

"AzPolitika"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
azpolitika.info

1Источники