RU

Leysan, dolu, sel gəlir XƏBƏRDARLIQ

Yenisabah saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın bir sıra bölgələrində leysan, dolu və sel təhlükəsi gözlənilir.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq iyunun 3-ü gündüz saatlarınadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Dominos pizza

Yeni Sabah xəbər verir ki, bəzi ərazilərdə yağıntının intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Məlumata görə, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir. Eyni zamanda bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçməsi riski var.

Mütəxəssislər vətəndaşlara əlverişsiz hava şəraitini nəzərə almağı, xüsusilə dağlıq və dağətəyi ərazilərdə ehtiyatlı olmağı tövsiyə edirlər.

Aytac Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
49
1
yenisabah.az

2Источники