RU

De Xeaya A Seriyasından təklif

“Yuventus” “Fiorentina”nın qapıçısı David de Xeanı transfer variantı kimi nəzərdən keçirir.

Msport.az xəbər verir ki, Turin təmsilçisi əvvəlcə “Liverpul”un qapıçısı Alisson Bekeri heyətinə qatmaq istəyib.

Lakin mersisaydlılar braziliyalı qapıçı ilə yollarını ayırmaq istəmədiyi üçün “Yuventus” alternativ axtarışına başlayıb. De Xea “Yuventus” üçün böyük turnirlərdə təcrübəsi olan real variantlardan biri sayılır.

İspan qapıçı “Fiorentina”dakı çıxışı ilə yenidən diqqət mərkəzinə düşüb. De Xeanın mövsümün sonunda klub azarkeşlərinə ünvanladığı emosional mesaj onun gələcəyi ilə bağlı sualları artırıb. Bununla belə, nə “Yuventus”, nə də “Fiorentina” tərəfindən rəsmi transfer açıqlaması verilib.

35 yaşlı qapıçının “Fiorentina” ilə müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir. Onun bazar dəyəri 3,5 milyon avro (7 milyon AZN) göstərilir.

Qeyd edək ki, De Xea 2024-cü ildən “Fiorentina”da çıxış edir. O, daha əvvəl uzun illər “Mançester Yunayted”in formasını geyinib və İngiltərə klubunda böyük təcrübə qazanıb.

Избранный
22
1
msport.az

2Источники