RU

Regionlarda milli ailə institutunun qorunmasna dair tədbirlər keçiriləcək

“Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Milli ailə institutunun qorunması" adlı maarifləndirmə, PR və sosial fəaliyyətli layihənin icrasına başlayıb.

Aznews.az xəbər verir ki, 2 ay müddətində Siyəzən, Şabran, Kürdəmir, İmişli və Laçın rayonlarında həyata keçiriləcək layihənin ideyasını regionlarda valideynlik, nəsillərarası ünsiyyət bacarıqlarını, ailə prinsiplərini gücləndirmək, gənclərdə milli ailə institutuna hörmət və məsuliyyət anlayışını inkişaf etdirməklə ənənəvi ailə dəyərləri, milli kimliyin qorunması və möhkəmləndirilməsinə töhfə verməkdir.

Layihənin digər bir məzmunu bölgələrdə ailədaxili konfliktlərin azaldılmasına, pozitiv milli ailə modelinin təşviqinə, sosial sabitlik və milli-mənəvi dəyərlərin davamlılığına dəstək verməkdir.

Layihə çərçivəsində 5 regionda valideynlər, gənclər, təhsil işçiləri, aidiyyətli yerli qurumlar arasında mövzu üzrə sorğuların keçirilməsini, nəticələrin təhlil edilərək hesabatın hazrlanması, hər bir rayonda valideynlərin, gənclərin, yerli icra hakimiyyəti, təhsil, ailə, qadın, uşaq məsələri üzrə məsulların, hüquq-mühafizə, gənclər, idman, ağsaqqal, din institutu və QHT-lərin iştirakı ilə milli ailə institutu və mənəvi dəyərlərin təbliğinə dair maarifləndirici seminarların təşkili, gələcək əməkdaşlığa hesablanan regional şəbəkələrin yaradılması, davamlı motivasiya yaradan bilgi və məlumatların yayımı nəzərdə tutur.

Избранный
16
2
aznews.az

3Источники