525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 8 299 vətəndaş müraciəti cavablandırılıb.
525.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, müraciətlərin 3 130-u ünvanlı dövlət sosial yardımı, 1 582-si pensiya təyinatı, 2 135-i sosial müavinət və təqaüd, 156-sı sosial sığorta və fərdi uçot, 1 296-sı isə digər istiqamətlər üzrə olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.