RU

Məşhur futbolçu karyerasını bitirdi: 40 yaşında

Fransa millisinin və “Marsel”in sabiq hücumçusu Andre-Pyer Jinyak karyerasını bitirib.

Publika.az xəbər verir ki, bu barədə RMC məlumat yayıb.

KONKAKAF Çempionlar Liqasının finalında “Toluka”ya qarşı oyun “Tiqres”in 40 yaşlı hücumçusunun peşəkar karyerasında sonuncu olub.

Həlledici matçda fransız futbolçunun komandası penaltilərdə məğlub olub (1-1, penaltilərdə 5-6).

O, son 11 mövsümü Meksika liqasında keçirib və “Tiqres”də oynayıb. Hücumçu 444 oyunda 219 qol vurub. “Tiqres”lə beş Meksika çempionluğunu və KONKAKAF Çempionlar Liqasını qazanıb.

Избранный
50
publika.az

1Источники