RU

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

Yazını böyüt
Yazını kiçilt

“Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf, “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Opizzi və XRG şirkətinin Beynəlxalq qaz məsələləri üzrə prezidenti Məhəmməd Əl Əryani arasında görüş keçirilib.

SOCAR-dan hafta.az-a bildirilib ki, görüşdə SOCAR, “TotalEnergies” və XRG şirkətləri arasında enerji sektorunda uğurla həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Tərəflər Abşeron qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsi üzrə görülən işləri nəzərdən keçiriblər. Bu xüsusda, SOCAR, TotalEnergies, XRG və BOTAŞ arasında Abşeron qaz-kondensat yatağından Türkiyəyə uzunmüddətli qaz təchizatı ilə bağlı sazişin imzalanmasının əhəmiyyəti qeyd olunub.

Избранный
27
5
hafta.az

9Источники