ain.az bildirir, Avtosfer portalına istinadən.
Zabrat şossesində yol-nəqliyyat hadisəsi anbaan müşahidə kameralarına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Videoda “BYD” markalı avtomobilin sürücüsünün öz növbəsini gözləmədən yolayrıcına işıqforun qadağanedici siqnalında daxil olduğu görünür. Bu zaman qarşı tərəfdən sağa manevr edən “KIA” markalı avtomobil ilə toqquşma baş verib.
Qəza nəticəsində nəqliyyat vasitələrinə yüngül maddi ziyan dəyib, xəsarət alan olmayıb.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna əsasən, nizamlanan yolayrıclarında sürücülər işıqforun siqnallarına əməl etməli, qırmızı işıqda yolayrıcına daxil olmamalıdırlar.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.