RU

Seçki böhranı: Petro ilkin nəticələri tanımadı

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kolumbiya Prezidenti Qustavo Petro prezident seçkilərinin birinci turundan sonra açıqlanan ilkin səs sayımı nəticələrinə etiraz edib.

"Cebheinfo.az" xəbər verir ki, İfrat sağçı namizəd Abelardo de la Espriellanın lider olduğu nəticələri tanımadığını bildirən Petro seçki sisteminə müdaxilə edildiyini və seçici siyahılarında qanunsuzluqların olduğunu iddia edib. 

O, yalnız rəsmi səs sayımı prosesi başa çatdıqdan sonra açıqlanacaq nəticələri qəbul edəcəyini bəyan edib.

Petro vurğulayıb ki, Milli Mülki Qeydiyyat İdarəsinin açıqladığı ilkin nəticələrin hüquqi qüvvəsi yoxdur.

Prezident açıqlamasında bildirib: “Yayımlanan qondarma sayım nəticələrinin heç bir hüquqi qüvvəsi yoxdur. Bu məlumatlar rəsmi xarakter daşımır. Prezident olaraq Bautista qardaşlarına məxsus özəl şirkət tərəfindən həyata keçirilən ilkin sayımın nəticələrini qəbul etmirəm. 

Çünki səs sayımı və rəsmi protokolların proqram təminatında istifadə olunan alqoritmlər sabit qalmalı olduğu halda, son bir həftədə üç dəfə dəyişdirilib və rəsmi seçici siyahısında olmayan 800 min nəfərin məlumatları sistemə əlavə edilib.

Hazırda iki fərqli seçici siyahısı mövcuddur. Onlardan biri rəsmi siyahıdır, digəri isə Bautista qardaşlarının proqram təminatında yerləşən və əlavə 800 min nəfəri əhatə edən siyahıdır.

Etiraz edilən seçki qutuları göstərir ki, yüz minlərlə səs faktiki olaraq səs vermiş seçicilər olmadan sistemə daxil edilib.

Bu səbəbdən və qanunvericiliyə uyğun olaraq, Prezidentin qəbul edəcəyi yeganə nəticələr Respublika hakimlərinin rəhbərlik etdiyi seçki sayım komissiyalarının açıqladığı rəsmi nəticələr olacaq”.

Yerli medianın məlumatına görə, Petronun sosial şəbəkədə tənqid etdiyi “Bautista qardaşları” seçki logistikası, səs sayım sistemləri, pasport və şəxsiyyət vəsiqələrinin istehsalı kimi dövlət sifarişlərini həyata keçirən Thomas Greg and Sons şirkətinin sahibləri Kamilo Bautista Palasios və onun qardaşlarıdır.

Kolumbiyada keçirilən prezident seçkilərinin birinci turunda heç bir namizəd tələb olunan səs faizini toplaya bilmədiyi üçün seçkilər ikinci tura qalıb.

Vətənin Müdafiəçiləri Hərəkatının (Defensores de la Patria) ifrat sağçı namizədi Abelardo de la Espriella səslərin 43,62 faizini toplayaraq birinci yeri tutub.

Hakim Tarixi Alyansın (Pacto Histórico) solçu namizədi İvan Sepeda isə 41,13 faiz səslə ikinci olub.

Birinci turda heç bir namizəd 50 faizdən çox səs qazana bilmədiyi üçün ən çox səs toplayan Espriella və Sepeda iyunun 21-də keçiriləcək ikinci turda Kolumbiyanın yeni prezidenti olmaq uğrunda mübarizə aparacaqlar. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
61
1
cebheinfo.az

2Источники