RU

Ançelotti Neymarla bağlı sualı yumorla cavablandırdı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti jurnalistlərin “Santos”un hücumçusu Neymarla bağlı suallarını yumorla cavablandırıb.

Publika.az xəbər verir ki, “Globo” Ançelottinin sözlərini sitat gətirib:

“Dünya Kubokuna marağı bir az artırmaq istəyirəm, çünki bunu etməsək, mətbuat konfranslarında danışacaq heç bir şeyimiz olmayacaq. Bu, siz jurnalistlərə kömək edər, çünki Neymar məsələsi bitərsə, nədən danışacağıq?

Bu, yaxşı söhbət mövzusudur və eyni zamanda ayıq qalmağıma kömək edir”.

Избранный
41
publika.az

1Источники