RU

“Məni saxlamaq istəyirlər, qalacam, yoxsa yox - zamana buraxaq”

“Qəbələ” İbrahima Sanqare, Rüfət Əhmədov və Turan Manafovun ayrılıq xəbərini təsdiqlədi.

Lakin bu, o demək deyil ki, klubu tərk edənlər üç nəfər olacaq.

Təbii ki, irəliləyən həftələrdə daha bir neçə nəfərin adına aydınlıq gələcək. Hazırda klub rəhbərliyi ilə məşqçilər heyəti bu yöndə müzakirə aparır.

Bölgə təmsilçisi ilə sözləşməsi başa çatanlardan biri də Domi Massumodur.

2024/25 mövsümündə “qırmızı-qaralar”ın I Liqadakı çempionluğuna vurduğu 16 qolla töhfə verən, Aərbaycan kubokunda 2 dəfə fərqlənən, başa çatan mövsümdə Premyer Liqada 9 qolla komandasının ən sərrast futbolçusu olan, ölkə kubokunda 1 qol vuran Konqodan olan hücumçu-vinger.

Domi “Qəbələ”də qalıb-qalmayacağı məlum deyil. İki mövsümdə rəqib qapılarından 26 top keçirən afrikalı daha yaxşı şərtlər altında oynamağı düşünür.

Domi Sportinfo.az-a verdiyi müsahibədə bu barədə danışıb:

“Qəbələ” üçün etdiklərimə görə xoşbəxtəm. Mənə olan ümidləri doğrultmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam.

Lakin bundan daha yaxşı ola bilərdi. Klubla müqaviləmin müddəti başa çatıb.

İndiki məqamda dincəlmək, yorğunluğu canımdan çıxarmaq istəyirəm. Bir müddətdən sonra danışığımız olacaq.

“Qıəbələ” məni saxlamaq istəyir. Açığı, yeni müqavilə təklif olunub.

Bir qədər fikirləşəndən sonra cavab verəcəm. Qalacam, yoxsa yox – zamana buraxaq”.

Domi Massumo 2025/26 mövsümündə meydana çıxdığı 37 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB

Избранный
31
sportinfo.az

1Источники