"Real" ilə müqaviləsi başa çatmaqda olan avstriyalı müdafiəçi David Alaba "İnter" klubuna keçməyəcək.
QOL.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Klub rəhbərliyi 33 yaşlı futbolçunu heyətinə qatmamaq qərarına gəlib.
Eyni zamanda bildirilir ki, "İnter" "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayrın da transferi üçün mübarizə aparmaq niyyətində deyil. Milan təmsilçisi hər iki oyunçunun yaşını və həddindən artıq yüksək maaş tələblərini nəzərə alaraq bu keçidlərdən imtina edib. Klub rəhbərliyi daha gənc və maliyyə baxımdan uyğun seçimlərə üstünlük verir.