RU

2030-cu ilə qədər bərpaolunan enerji potensialı üç dəfə artırıla bilər

Ən təhlükəsiz enerji daxili bazarda rəqabətədavamlı olan və geosiyasi dəyişikliklərə məruz qalmadan yerli imkanlar hesabına istehsal edilə bilən enerjidir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera Bakı Enerji Həftəsində çıxışı zamanı deyib.

"Son hadisələr enerji bazarlarındakı böhranın dünyanın hər yerində iqtisadiyyatlar, sənaye və ev təsərrüfatları arasında nə qədər tez əks-səda verə biləcəyini bizə xatırlatmış olub", - o bildirib və əlavə edib ki, bu, hökumətlər və sənaye üçün aydın prioriteti vurğulayır:

"Ölkələr etibarlı, əlverişli, yerli mənbələrdən əldə edilə bilən, bərpaolunan enerjiyə keçidi sürətləndirməli, eyni zamanda, qeyri-müəyyən dünyada rəqabət qabiliyyətlərini gücləndirməlidir. Bu kontekstdə biz müasir dövrün ən kəskin enerji böhranını yaşayırıq və bunun fərqli şərhləri var. Bildiyiniz kimi, fərqli-fərqli həllər irəli sürülür. Lakin həmin həllər tarixdə olan enerji böhranları zamanı keçərli idi. Dünya isə dəyişməkdədir və biz bu dəyişkən dünyaya hazır olmalıyıq. Biz qısamüddətli həllər təklif edirik və çalışırıq ki, yeni enerji sisteminə keçidi daha da sürətləndirək. Lakin bu, heç də asan deyil".

Избранный
42
far.az

1Источники