RU

​Prezident seçilsə, bu ulduzları alacaq -

“Fənərbağça” prezidentliyinə namizəd Hakan Safinin seçki öncəsi verdiyi transfer vədləri Türkiyə futbol gündəmini silkələyib. Metbuat.az xəbər verir ki, Safinin bir müddət əvvəl “iki yerli-milli futbolçu ilə razılığa gəlmişik” açıqlamasından sonra həmin oyunçuların kimliyi məlum olub. Türkiyə mətbuatının yaydığı məlumata görə, söhbət Türkiyə millisinin üzvləri Zeki Çelik və Salih Özcandan gedir. Xəbərdə qeyd olunue ki, Hakan Safi prezident seçiləcəyi təqdirdə hər iki futbolçunun transferini rəsmiləşdirməyi planlaşdırır. Təcrübəli müdafiəçi Zeki Çelik hazırda İtaliya A Seriyasında çıxış edir, yarımmüdafiəçi Salih Özcan isə Almaniya Bundesliqasında forma geyinir.Safi tərəfdarlarla görüşündə komandanın gücləndirilməsi istiqamətində ciddi addımlar atacaqlarını bildirərək, iki milli futbolçu ilə yanaşı, iki və ya üç dünya ulduzunu da heyətə qatmaq istədiklərini açıqlayıb. O, məqsədlərinin “Fənərbağça”nı yenidən çempion etmək olduğunu vurğulayıb.

Qeyd edək ki, “Fənərbağça” klubunun yeni prezidenti iyunun 6-da seçiləcək.

Избранный
29
metbuat.az

1Источники