RU

Türkiyə XİN: “İsrailin Livanda işğalını genişləndirməsini qətiyyətlə pisləyirik”

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İsrail ekspansionist və təcavüzkar siyasəti ilə bölgədə sülhü və sabitliyi pozmağı və humanitar vəziyyəti daha da pisləşdirməyi hədəfləyir"

Rəsmi Ankara İsrailin Livandakı təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyib və onu regionda sabitliyi pozmağa çalışmaqda ittiham edib. AYNA.AZ-ın xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında qeyd olunub ki, "biz İsrailin Livanda işğalını genişləndirməsini qətiyyətlə pisləyirik. Görünür, Netanyahu hökuməti, Qəzzada olduğu kimi, işğal olunmuş əraziləri yaşayış üçün yararsız hala salmağa, livanlıları daimi olaraq didərgin salmağa çalışır. İsrail ekspansionist və təcavüzkar siyasəti ilə bölgədə sülhü və sabitliyi pozmağı və humanitar vəziyyəti daha da pisləşdirməyi hədəfləyir".

Türkiyə XİN-in bəyanatında qeyd olunub: “BMT Təhlükəsizlik Şurasının rəhbərliyi ilə beynəlxalq ictimaiyyət İsrailin hücumlarına və Livanın işğalına son qoymaq üçün dərhal konkret addımlar atmalıdır".

Qeyd edək ki, mayın 29-da İsrailin Baş naziri Benyamin Netanyahu  Livanın cənubundakı İsrail ordusu bölmələrinin bir neçə ərazidə Litani çayını keçdiyini və artıq onun şimalında əməliyyat keçirdiyini açıqlayıb. O İsrail qüvvələrinin bu ərazilərdə "çox təsirli nəticələr" əldə etdiyini bildirib.

17 apreldən bəri “Hizbullah” ilə İsrail arasında rəsmi atəşkəs qüvvədədir, lakin tərəflər Livan-İsrail sərhədi boyunca ərazilərdə müntəzəm şəkildə hücumlara davam edir. 25 mayda Netanyahu İsrail ərazisinə artan pilotsuz təyyarə hücumlarına cavab olaraq “Hizbullah” hədəflərinə qarşı hücumların gücləndirilməsi əmrini verdiyini bəyan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
89
ayna.az

1Источники