RU

Fransa və Belçika Luvr soyğunçuluğu ilə bağlı birgə araşdırma aparır

Bakı, 2 iyun, AZƏRTAC

Belçika 2025-ci ilin oktyabrında baş vermiş Luvr soyğunçuluğu ilə bağlı istintaqa qoşulub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Belçika polisi saxlanılan Şərqi Avropa vətəndaşlarının telefonlarında Luvr muzeyi və Apollo qalereyasından oğurlanmış zərgərlik məmulatlarının fotolarını aşkar etdikdən sonra məlumatı Fransa tərəfinə ötürüb. Bundan sonra Paris müstəntiqləri araşdırmanı genişləndiriblər.

İstintaq iki əsas versiya üzərində qurulub. Birinci versiyaya görə, oğurlanmış əşyalar hələ də Fransadadır. İkinci versiyaya əsasən isə onlar xaricə çıxarılıb, qiymətli daşlar ayrılıb və sonradan Antverpen bazarında satışa çıxarıla bilər.

Qeyd edək ki, 2025-ci il oktyabrın 19-da dörd nəfər Luvr muzeyinə daxil olaraq Apollo qalereyasından doqquz zərgərlik məmulatı oğurlayıb. Oğurlanan əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir. Onlardan biri – imperatriçə Evgeniyaya məxsus, 1354 brilyantla bəzədilmiş tac qaçış zamanı yerə düşüb.

Paris prokuroru Lore Bekonun sözlərinə görə, oğurluqda xarici vətəndaşların iştirakı istisna edilmir. Hazırda iş üzrə 100-dən çox müstəntiq araşdırma aparır, lakin oğurlanmış əşyaların yeri hələ müəyyən edilməyib.

Oktyabrın 25-də iki şübhəli saxlanılıb, sonradan daha bir neçə nəfər həbs olunub. Hazırda soyğunçuluqda birbaşa iştirak etməkdə şübhəli bilinən dörd nəfərin hamısı həbsdədir.

Избранный
71
3
azertag.az

4Источники