RU

Aun: Beyrut Tel-Əvivlə danışıqları davam etdirəcək, sülhə nail olmaq üçün başqa alternativ yoxdur

Livan İsrail Müdafiə Ordusunun hücumlarının artmasına baxmayaraq, İsraillə sülh danışıqlarını davam etdirəcək, çünki barışığa nail olmaq üçün alternativ yol yoxdur.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aun bildirib.

"Danışıqlar müharibədən daha təhlükəsizdir. Biz müharibənin fəlakətlərini və onun nəticələrini görmüşük və görməkdə davam edirik. Lakin danışıqlar problemi bir neçə dəqiqə ərzində həll etməyəcək, bu, zaman tələb edən bir yoldur və bizim başqa seçimimiz yoxdur", - o qeyd edib.

Aun vurğulayıb ki, danışıqlarda iştirak etməyi kapitulyasiya və ya güzəşt hesab etmir, əksinə, bunu münaqişəni minimum zərərlə dayandırmağa imkan verən yeganə həll yolu kimi görür.

Daha əvvəl İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib ki, Livanda atəşkəsə zəmanət verilməsi ABŞ ilə münaqişənin nizamlanması barədə sazişin bağlanması üçün əsas şərtlərdən biridir.

Избранный
54
far.az

1Источники