RU

May ayında Rusiya üçün acı mənzərə – 7000 hücum boşa çıxdı

May ayı Rusiya qüvvələri üçün 2023-cü ildə Ukraynanın əks-hücumundan bəri ən uğursuz aylardan biri kimi qiymətləndirilir.

Musavat.com xəbər verir ki, bu barədə DeepState platformasının yaydığı məlumatda bildirilir.

Məlumata görə, rekord sayda – təxminən 7000 hücum cəhdinə baxmayaraq, Rusiya ordusu ay ərzində cəmi 14 kvadratkilometr ərazi irəliləyişi əldə edib. Eyni zamanda, cəbhənin bəzi istiqamətlərində Ukrayna Silahlı Qüvvələri əvvəl itirdiyi mövqelərin bir hissəsini geri qaytara bilib.

Məlumatda qeyd olunur ki, ayın yekunlarına görə, Rusiya tərəfi ələ keçirdiyindən daha çox ərazi itirib.

Musavat.com

Избранный
33
musavat.com

1Источники