RU

Dünyanın ən dəyərli klubu

PSJ ümumi heyət dəyəri baxımından “Real” və “Mançester Siti”ni qabaqlayaraq birinci yerə yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə “Transfermarkt” statistik portalı məlumat yayıb.

Hazırda Paris klubunun bütün oyunçularının dəyəri 1,37 milyard avrodur.

İkinci yerə düşən “Real Madrid”in dəyəri 1,34 milyard avrodur. İlk üçlüyü “Mançester Siti” (1,32 milyard) tamamlayır.

İlk 5-liyə həmçinin Çempionlar Liqasının finalçıları “Arsenal” (1,23 milyard) və İspaniya çempionu “Barselona” (1,17 milyard) daxildir.

Избранный
98
publika.az

1Источники