RU

“Bakı Enerji Həftəsi” Türkiyə KİV-lərində geniş işıqlandırılır

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Türkiyənin nüfuzlu informasiya agentlikləri, televiziya kanalları və xəbər portalları “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan 31-ci Bakı Enerji Forumuna geniş yer ayırıblar.

XQ xəbər verir ki, qardaş ölkənin aparıcı media qurumları Bakı Ekspo Mərkəzində keçirilən forumun açılış mərasimindən reportajlar hazırlayıb, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi əsas mesajları ictimaiyyətə çatdırıblar.

Materiallarda Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı mövqeyi xüsusi vurğulanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı müraciət də media orqanlarının diqqət mərkəzində olub. Müraciətdə Azərbaycan və Türkiyə arasında enerji sahəsində strateji əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd edilib.

Bundan əlavə, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın forum çərçivəsində etdiyi çıxış, həmçinin 2029-cu ildən etibarən Azərbaycandan Türkiyəyə 33 milyard kubmetr təbii qaz nəqlini nəzərdə tutan yeni saziş barədə xəbərlər geniş işıqlandırılıb.

Qeyd edilib ki, sözügedən layihə Türkiyənin regional enerji mərkəzinə çevrilməsi strategiyasına xidmət etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində də mühüm rol oynayacaq.

Избранный
65
1
xalqqazeti.az

2Источники